SON DƏQİQƏ
» » Avropa Liqası: ilk oyunlar keçiriləcək - AFİŞA

Avropa Liqası: ilk oyunlar keçiriləcək - AFİŞA

Tarix:

20-02-2020, 08:43

/ 2 865 dəfə oxundu.
Avropa Liqası: ilk oyunlar keçiriləcək - AFİŞA

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

GunAz.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" İngiltərədə İspaniya "Espanyol"unu qəbul edəcək.

21 yaşlı hücumçu əsas komandada debüt etməsə də, Avropa Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşehir" Portuqaliyada "Sportinq"in qonağı olacaq. İngiltərə klublarından "Arsenal" Yunanıstanda "Olimpiakos"la, "Mançester Yunayted" isə Belçikada "Brügge" ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Bolqarıstanda "Lüdoqorets"lə qarşılaşacaq.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Zaltsburq" (Avstriya)

21:55. "Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

21:55. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

21:55. ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya)

21:55. "Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)

21:55. "Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)

21:55. "Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)

24:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

24:00. "Roma" (İtaliya) - "Gent" (Belçika)

24:00. "Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)

24:00. "Alkmaar" (Hollandiya) - LASK (Avstriya)

24:00. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

24:00. APOEL (Kipr) - "Bazel" (İsveçrə)

24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Porto" (Portuqaliya)

24:00. "Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)

Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq. 

скачать dle 12.1

Şərhlər