SON DƏQİQƏ

S-1 peşəkar döyüş liqasında yeni təyinat

Tarix:

17-01-2020, 09:15

/ 1 575 dəfə oxundu.
S-1 peşəkar döyüş liqasında yeni təyinat

 Ölkəmizdə idmanın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ən müasir idman qurğuları yaradılır, atletlərimiz mötəbər yarışlarda mühüm uğurlar qazanır, Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə ev sahibliyi edir.

GunAz.az bildirir ki, Azərbaycan idman tarixinə düşən idman növlərindən biri də S-1 peşəkar döyüş liqasıdır. S-1 Peşəkar Döyüş Liqası Bakı ilə yanaşı, respublikamızın bütün bölgələrində də geniş yayılmışdır.

Bu yaxınlarda S-1 peşəkar döyüş liqasının Prezidenti Mərdan Vəliyevin əmri ilə, Vüqar Nəcəfovun xidmətləri nəzərə alaınaraq S-1 Peşəkar Döyüş Liqasının hüquqi məsələlər üzrə vitse prezidenti təyin edilmişdir.

скачать dle 12.1

Şərhlər