SON DƏQİQƏ

Vacib qələbə qazandıq - Qurban Qurbanov

Tarix:

23-09-2019, 23:16

/ 1 480 dəfə oxundu.
Vacib qələbə qazandıq - Qurban Qurbanov

Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Matça tam ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan 3 xalı əldə etdik.

Report xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın V turunda səfərdə "Zirə"ni məğlub etdikləri (3:1) oyundan sonra mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis oyunda zədələnən Xayme Romeronun durumu haqqında da danışıb: "Deyəsən onun durumu yaxşı deyil. Ola bilsin, zədəsi ciddidir. Digər zədəli oyunçulara gəlincə, Mahir Əmrəli kollektivə daha tez qoşula bilər. Fərdi məşqlərə başlayıblar".

скачать dle 12.1

Şərhlər