SON DƏQİQƏ

Messi diskvalifikasiya olundu

Tarix:

3-08-2019, 10:32

/ 1 358 dəfə oxundu.
Messi diskvalifikasiya olundu

Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina yığmasının ulduzu Lionel Messinin 3 ay müddətinə diskvalifikasiya olunması haqqında qərar qəbul edib.

GunAz.az xəbər verir ki, məşhur futbolçuya qoyulan cəza noyabrın 3-də başa çatacaq. Bu səbəbdən Messi milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi yoldaşlıq görüşlərində iştirak edə bilməyəcək.

Həmçinin, ulduz futbolçu 50 min dollar cərimə də ödəməlidir.

Qeyd edək ki, Braziliyada keçirilən Amerika Kubokunun üçüncü yer uğrunda Çili ilə keçirilən görüşü zamanı meydandan qovulan Messi oyundan sonra hakimləri tənqid etmiş və Argentinanın rüşvətə görə finala çıxa bilmədiyini demişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ