SON DƏQİQƏ
» » Şeydayevin komandası mövsümdə ilk qələbəsini qazanıb

Şeydayevin komandası mövsümdə ilk qələbəsini qazanıb

Tarix:

27-07-2019, 08:28

/ 1 101 dəfə oxundu.
Şeydayevin komandası mövsümdə ilk qələbəsini qazanıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su Rusiya Premyer Liqasının 3-cü tur matçında Yekaterinburq "Ural"ını 2:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, görüş Moskvada Lev Yaşin adına Mərkəzi "Dinamo" stadionunda baş tutub.

Oyunda hesabı 16-cı dəqiqədə Artur Yusupov açıb. İkinci qol 31-ci dəqiqədə Kirill Pançenkonun ayağına yazılıb. Qol ötürməsini Ramil Şeydayev verib. Bu, "Dinamo" üçün cari mövsümdə ilk qələbə olub.

Qalibiyyət sayəsində "Dinamo" xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Ural" 6 xal ilə ikinci yerə düşüb.

Şeydayevin komandası 4-cü turda səfərdə "Spartak"la qarşılaşacaq. Matç avqustun 3-də keçiriləcək.

Rusiya Premyer Liqası. 3-cü tur

"Dinamo M" - "Ural" - 2:0

Qollar: 1:0 – Yusupov – 16, 2:0 – Pançenko – 31

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ