SON DƏQİQƏ
» » David Luiz: Bakı Olimpiya Stadionu bizim uğurlu arenamızdır

David Luiz: Bakı Olimpiya Stadionu bizim uğurlu arenamızdır

Tarix:

28-05-2019, 21:21

/ 277 dəfə oxundu.
David Luiz: Bakı Olimpiya Stadionu bizim uğurlu arenamızdır

Biz “Çelsi”yik. Biz Çempionlar Liqasına düşsək də, bu titulu qazanmaq istəyirik. Titul aclığına görə Bakıda kuboku qazanmalıyıq.

GunAz.az xəbər verir ki, bunu “Çelsi”nin ispaniyalı müdafiəçisi Sesar Aspilikueta Bakı Olimpiya Stadionunda təşkil olunan mətbuat konfransında deyib.

“Əlbəttə, uşaq yaşlarından məşhur olmaq barədə düşünürdüm. Çalışmalıyıq ki, sabah qalib gələk. Mən 19 yaşadək İspaniya millisi ilə Avropa çempionu olmuşam. Amma bu, Avroliqa turnirindən fərqli yarışdır. Ona görə də sabah "Arsenal"ı məğlub etməliyik”.

“Çelsi”nin braziliyalı futbolçusu David Luiz isə bunları deyib:

“Hər iki komandanın üzərində təzyiq var. Hesab edirəm ki, 2013-cü ildəki uğuru təkrarlamalıyıq. Məncə, Avroliqada ən möhtəşəm final olacaq. “Çelsi” olaraq həmişə qələbəyə can atırıq. 

Səhv etmirəmsə, Bakıya ilk səfərimizdə 4:0 qalib gəlmişdik. Gözəl stadion kimi bu arena yaddaşımızda qalıb. Bu stadion bizim üçün uğurlu stadiondur.

Düşünürəm ki, oyunun gecə  baş tutması bizim üçün heç bir problem yaratmayacaq. Çünki biz Londondakı saat rejiminə uyğunlaşmışıq. Amma oyunun saat 23:00-da olması azərbaycanlı azarkeşlər üçün çətinlik yarada bilər.

Maykl Esyenin Bakıda oynadığını bilirəm. Amma onunla Bakı səfəri öncəsi əlaqə saxlamamışam”.

Qeyd edək ki, sabah UEFA Avropa Liqası üçün “Arsenal” və “Çelsi” komandaları finalda üz-üzə gələcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ