SON DƏQİQƏ

Avropa Liqasında 1/8 final BAŞLAYIR

Tarix:

7-03-2019, 10:33

/ 10 272 dəfə oxundu.
Avropa Liqasında 1/8 final BAŞLAYIR

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin qarşılaşmalarına start veriləcək.

GunAz.az-ın məlumatına görə, “Qarabağ”la eyni qrupda yer almış İngiltərə “Arsenal”ı səfərdə Fransanın “Renn” komandası ilə qarşılaşacaq.

Londonun daha bir təmsilçisi “Çelsi” isə doğma meydanda Kiyevin “Dinamo”sunu sınağa çəkəcək.

21:55. “Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya)

21:55. “Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)

21:55. “Renn” (Fransa) – “Arsenal” ( İngiltərə)

21:55. “Sevilya” (İspaniya) – “Slaviya” (Praqa, Çexiya)

21:55. “Zenit” (Rusiya) – “Vilyareal” (İspaniya)

00:00. “Çelsi” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)

00:00. “Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)

00:00. “Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya) 

Qeyd edək ki, cavab görüşləri martın 14-ü keçiriləcək. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ