SON DƏQİQƏ
» » İstanbul nəhəngləri Bakıya gəlməyəcək - YENİLƏNİB

İstanbul nəhəngləri Bakıya gəlməyəcək - YENİLƏNİB

Tarix:

22-02-2019, 10:02

/ 10 321 dəfə oxundu.
İstanbul nəhəngləri Bakıya gəlməyəcək - YENİLƏNİB

UEFA Avropa Liqasında 1/16 final mərhələsi başa çatıb.

GunAz.az xəbər verir ki, Türkiyə klublarından “Fənərbaxça”nın ardından “Qalatasaray” da turnirlə vidalaşıb. Portuqaliyanın paytaxtı Lissabonda günün yeganə qolsuz başa çatan qarşılaşması “Cim Bom”un turnirdən kənar qalmasına səbəb olub.

Bu isə o deməkdir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avroliqanın finalında İstanbul klublarını biz görə bilməyəcəyik.

Beləliklə, “Benfika” (Portuqaliya), “Ren” (Fransa), “Çelsi”, “Arsenal” (hər ikisi İngiltərə), “Dinamo” (Ukrayna), “Slaviya” (Çexiya), “İnter”, “Napoli” (hər ikisi İtaliya), “Krasnodar”, “Zenit” (hər ikisi Rusiya), “Dinamo” (Xorvatiya), “Ayntraxt” (Almaniya), “Zalsburq” (Avstriya), “Valensiya”, “Vilyareal” və “Sevilya” (hər üçü İspaniya) 1/8 finala yüksəlib.

“Benfika” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) 0:0  
İlk oyun – 2:1

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin daha səkkiz cavab görüşü keçirilib.

Türkiyə təmsilçilərindən "Fənərbaxça" Rusiyada "Zenit"in qonağı olub. Oyun rusiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İstanbuldakı ilk görüşdə "Zenit" 0:1 hesabı ilə uduzmasına baxmayaraq, evdə iki top fərqi ilə qalib gəldiyi üçün mərhələ adlayıb.

Qalan oyunlara gəldikdə, qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal" İngiltərədə Belarus BATE-sini böyük hesabla məğlub edərək, ilk görüşdəki minimal hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

"Arsenal" (İngiltərə) – BATE (Belarus) 3:0

İlk oyun – 0:1

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ