SON DƏQİQƏ
» » AVROLİQANIN FİNALINA NƏ QƏDƏR BİLET SATILIB? – RƏSMİ

AVROLİQANIN FİNALINA NƏ QƏDƏR BİLET SATILIB? – RƏSMİ

Tarix:

27-05-2019, 19:25

/ 962 dəfə oxundu.
AVROLİQANIN FİNALINA NƏ QƏDƏR BİLET SATILIB? – RƏSMİ

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa 52 mindən artıq bilet satılıb.

GunAz.az xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla Trend-ə danışıb.

F.Abdulla bildirib ki, paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.

“Biletlər “28 Mall”, “Port Baku” və “Gənclik Mall” ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil”.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda“Çelsi” ilə “Arsenal” komandaları arasında keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ