SON DƏQİQƏ

"Arsenal" və "Çelsi" BAKIDA

Tarix:

10-05-2019, 08:06

/ 407 dəfə oxundu.
"Arsenal" və "Çelsi" BAKIDA

 Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 

GunAz.az
 xəbər verir ki, keçirilən iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşib.


“Arsenal” İspaniyada “Valensiya”nın qonağı olub. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular"  cavab qarşılaşmasında da qalib gəlib - 4:2. Bununla da London klubu finala yüksəlib.

Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edib. Frankfurtdakı görüşdə qeydə alınan  1:1 hesabı "zadəganlar"a nisbətən üstünlük qazandırıb.

Əsas vaxt 1:1 başa çatıb, əlavə vaxtda isə hesab açılmayıb. Penaltilərdə Çelsi 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ