Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçirilib.
GunAz.az Qol.az-a istinadən xəbər verir ki, bununla da bu mərhələdə ilk matçlara yekun vurulub.
Gecənin oyunlarından biri Amsterdamda olub. "Ayaks" doğma azarkeşləri önündə "Yuventus"u sınağa çəkib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Gecənin ən maraqlı qarşılaşması isə İngiltərədə keçirilib. 1/8 finalda PSJ-ni ÇL-dən uzaqlaşdıran "Mançester Yunayted" "Barselona"nı qonaq edib. Görüş Kataloniya klubunun qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab qarşılaşmaları isə aprelin 16-da olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk iki oyunu dünən keçirilib.
Çempionlar Liqası, 1/4 final mərhələsinin ilk oyunları
10 aprel
23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya) - 1:1
Qollar: Ronaldo, 45 (0:1), D.Neres, 46 (1:1)
23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya) - 0:1
Qol: Şou, 13-avtoqol