
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
GunAz.az xəbər verir ki, ilk oyun günündə 1/4 finala yüksələcək iki komanda müəyyənləşib.
Günün əsas oyunu İspaniyada baş tutub. "Real" gözlənilmədən doğma meydanda böyük hesabla məğlub olub. 4:1 hesablı qələbə "Ayaks"ı 1/4 finala daşıyıb.
Günün digər oyunu Almaniyada keçirilib. İlk oyunda (0:3) böyük hesabla məğlub olan “Borussiya Dortmund” cavab oyununda da meydanı başıaşağı tərk edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər iki cavab oyunu sabah baş tutacaq. Bu görüşlərdə PSJ (Fransa) - “Mançester Yunayted” (İngiltərə) ilə, “Porto” (Portuqaliya) isə “Roma” (İtaliya) ilə qüvvələrini sınayacaq.
Çempionlar Liqası 1/8 final
Cavab oyunları
5 mart
“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) - 1:4
Asensio, 70 - Ziyeç, 7, Neres, 19, Tadiç, 62, Şone, 72
“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) - 0:1
Keyn, 49