SON DƏQİQƏ
» » Həkim iclasa gəlmədi, klub cəzalandırıldı - Bir komanda yarışlara buraxılmayacaq

Həkim iclasa gəlmədi, klub cəzalandırıldı - Bir komanda yarışlara buraxılmayacaq

Tarix:

3-04-2019, 15:55

/ 10 318 dəfə oxundu.
Həkim iclasa gəlmədi, klub cəzalandırıldı - Bir komanda yarışlara buraxılmayacaq

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

GunAz.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXII turunun “Zirə” – “Səbail” matçında dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bayıl klubu 800 manat cərimə olunub.

Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə isə meydan sahibi klub 800 manat cərimələnib.

“Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunu buraxacaq, Bakı klubu isə buna görə 200 manat cərimə ödəyəcək.

“Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində meydan sahibinin azarkeşləri tərəfindən meydana yad əşyalar atılıb. Buna görə Sumqayıt klubu 1600 manat cərimə olunub.

U-16 Liqasının “Neftçi” PFK – “Gəncə” TİM matçında Bakı klubunun baş məşqiçisi Mirbağır İsayev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Buna görə tanınmış məşqçi beş oyun texniki zonada yer almayacaq.

Ən maraqlı qərarlar isə futzal üzrə Yüksək Liqa ilə bağlı olub. “Araz” – “Yasamal” MFK matçında Bakı komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə klub yarışlardan kənarlaşdırılıb.

EKOL – “Xəzər Cənub” matçının 18-ci dəqiqəsində qonaq komandanın iranlı futzalçısı Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin oyunun protokoluna baxdıqda futzalçının oyun ərzində iki sarı vərəqə almadığı müəyyən olunub.

Futzalçıya göstərilən sarı vərəqənin birinci olmasını və oyunun hakiminin İntizam Komitəsinə raport yazaraq yanlışlığa yol verdiyini etiraf etdiyinə görə futzalçıya göstərilən qırmızı vərəqə İntizam Komitəsi tərəfindən ləğv olunub. 

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ