SON DƏQİQƏ

Azərbaycanlı boksçu Avropa çempionu oldu

Tarix:

18-03-2019, 09:20

/ 10 273 dəfə oxundu.
Azərbaycanlı boksçu Avropa çempionu oldu

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub. 

GunAz.az xəbər verir ki, yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M.Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini bir qızıl və iki bürünc medalla başa vurub. M.Abdullayevdən öncə Rüfət Hüseynov (-49 kq) və Cəbrayıl Yelekov (-81 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında dördüncü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz dörd millinin hesabındadır. Rusiya boksçuları yeddi dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər üç ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ