SON DƏQİQƏ

“Çelsi” Zidanı hədəflədi

Tarix:

13-02-2019, 17:30

/ 10 352 dəfə oxundu.
“Çelsi” Zidanı hədəflədi

Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan “Çelsi”ni çalışdıra bilər.

Britaniyanın Sun nəşri xəbər verir ki, London klubunun rəhbərliyi istefaya göndərməyə hazırlaşdığı Mauritsyo Sarrinin əvəzinə komandaya fransalı mütəxəssisi gətirməyi planlaşdırır.

Qeyd edək ki, “Çelsi”nin İngiltərə Premyer Liqasının XXVI turunda “Mançester Siti”yə 0:6 hesablı məğlubiyyətindən sonra 60 yaşlı mütəxəssisin istefaya göndəriləcəyi xəbərləri yayılıb.

Xatırladaq ki, portuqaliyalı Juze Mourinyunun istefasından sonra “Mançester Yunayted” Zinəddin Zidanı komandanın başına gətirmək istəsə də, fransalı məşqçi mövsümün ortasından heç bir klubda çalışmaq istəmədiyini bildirərək təklifdən imtina etmişdi.

Zinəddin Zidan ötən ilin mayın 31-də “Real”ın baş məşqçisi postundan ayrıldığını açıqlayıb. “Real”ı Çempionlar Liqasının üçqat qalibi, İspaniya çempionu və klublar arasında dünya çempionu etməsinə baxmayaraq, onun istefa verməsi gözlənilməz alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ