SON DƏQİQƏ

Ondan çox şey öyrənirik – Əmrə Can

Tarix:

9-02-2019, 09:32

/ 10 259 dəfə oxundu.
Ondan çox şey öyrənirik – Əmrə Can

"Yuventus"un futbolçusu Əmrə Can, İtaliya mətbuatına açıqlama verib.

GunAz.az komanda.az-a istinadən bildirir ki, türk əsilli alman yarımmüdafiəçi bu mövsüm Çempionlar Liqasını qazanmaq istədiyini deyib:

"Ötən mövsüm Kriştiano Ronaldonun olduğu "Real"a məğlub olaraq, ÇL-i qazana bilmədik. Bu il Ronaldoyla birlikdə bu turniri qazanmaq istəyirəm.

Ronaldoyla oynamaq mükəmməldir. Hər kəs onunla bir komandada olmaq istəyər. Meydanda bir çempion kimi hərəkət edir. Ondan çox şey öyrənirik".

Əmrə Can 2018-ci ilin yayında azad agent kimi "Yuventus"a keçib. Onun ötən mövsüm şərəfini qoruduğu "Liverpul" ÇL-in finalında "Real"a 1:3 hesabıyla məğlub olmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ