SON DƏQİQƏ
» » II Avropa Oyunlarına bilet satışına start verilib

II Avropa Oyunlarına bilet satışına start verilib

Tarix:

2-12-2018, 10:09

/ 10 401 dəfə oxundu.
II Avropa Oyunlarına bilet satışına start verilib

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları ilə bağlı bilet satışına start verilib.

GunAz.az AZƏRTAC-a istinadən xəbər verir ki, istənilən ölkənin vətəndaşı www.minsk2019.ticketpro.by saytı vasitəsilə bilet əldə edə bilər.

Biletlərin qiyməti 5 Belarus rublundan (2 avro) 50 rubla qədər (20 avro) dəyişir.

II Avropa Oyunlarının açılış və bağlanış mərasimləri üçün isə biletin qiymətləri fərqlidir. Açılış mərasimi üçün biletlərin qiyməti 150-300 Belarus rublu (60-120 avro) olacaq. Bağlanış mərasimi üçün isə biletlər 70-150 rubla (28-60 avro) satışa çıxarılıb.

Qeyd edək ki, II Avropa Oyunları 2019-cu il iyunun 21-30-da Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda yarışacaq.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında milli komandamız medalların sayına görə ikinci yeri tutub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ