SON DƏQİQƏ
» » Futbol qaydalarına dəyişikliklər edilə bilər - TƏKLİFLƏR

Futbol qaydalarına dəyişikliklər edilə bilər - TƏKLİFLƏR

Tarix:

23-11-2018, 11:14

/ 10 345 dəfə oxundu.
Futbol qaydalarına dəyişikliklər edilə bilər - TƏKLİFLƏR

Oyun qaydalarının tətbiqi və tənzimlənməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklif olunan dəyişiklikləri dərc edib.

GunAz.az xəbər verir ki, qurum dörd dəyişiklik təklif edir:

-  Əvəzlənən oyunçular meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər;

-  Penalti zərbəsi yerinə yetirildiyi zaman qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər (Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır);

-  Komanda rəsmiləri həddini aşan davranışları üzündən sarı və ya qırmızı vərəqə ala bilərlər;

- Sərbəst zərbə zamanı cərimə meydançası daxilində topla oynamaq olar.

Bundan əlavə, oyunsonrası penaltilərin yerinə yetirilməsi qaydasındakı dəyişiklikdən – komandaların qeyri-növbəlilik (AB-BA sxemi) üsulu ilə zərbə vurmalarından imtina qərarı verilib.

Eyni zamanda, razılığa gəlinib ki, cərimə meydançası daxilində topun ələ dəyməsinin qarşılığında hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.

Yekun qərar gələn ilin martında qəbul olunacaq. Hazırda göstərilən bəndlər tövsiyə xarakteri daşıyır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ