SON DƏQİQƏ

Futbolda oyun vaxtı 60 dəqiqə olsun - TƏKLİF

Tarix:

18-06-2017, 09:58

/ 2 840 dəfə oxundu.
Futbolda oyun vaxtı 60 dəqiqə olsun - TƏKLİF

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarının daha da yaxşılaşdırılması istiqamətində bir sıra təkliflər verib.

GUNAZ.az   xəbər verir ki, əsas təklif oyunun müddəti ilə bağlıdır.

İFAB 90 dəqiqəlik "çirkli" deyil, 60 dəqiqə "təmiz" vaxtın oynanılmasını istəyir. Görüşdə fasilələr yarandıqda isə saniyəölçən işə düşməlidir.
Qurumun daha bir təklifi isə belədir: Cərimə meydançası daxilində öz komanda yoldaşından ayaqla ötürmə verilərkən qapıçı topu əlinə götürərsə, baş hakim sərbəst zərbə yox, penalti təyin etsin.
İFAB oyunçunun topu boş qapıdan əllə çıxardığı təqdirdə, qol sayılmasını da təklif edib.
Nəhayət, təşkilat penaltilər seriyasının şahmat ardıcıllığı üzrə yox, tennisdəki tay-breyk kimi yerinə yetirilməsini istəyir.
Qeyd edək ki, İFAB-a İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və FİFA daxildir. Qurumun əsas vəzifəsi aktual futbol qaydalarını müəyyənləşdirməkdən ibarətdir. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ