SON DƏQİQƏ

"Real" baş məşqçisini qovdu!

Tarix:

30-10-2018, 08:18

/ 10 295 dəfə oxundu.
"Real" baş məşqçisini qovdu!

Madridin "Real" klubu komandanın baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, direktorlar şurası ardıcıl uğursuz nəticələrdən sonra bu qərara gəlib. Hələlik baş məşqçi səlahiyyətlərini buna qədər "Kastilyo"nu çalışdıran Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis sabahdan işə başlayacaq.

Qeyd edək ki, klub rəhbərliyinin səbr kasasını dünənki El Klasikoda "Real"ın əzəli rəqib "Barselona"ya biabırçı məğlubiyyəti (1:5) daşırıb. Son 7 oyundan 5-də məğlub olan madridlilər İspaniya çempionatında 10 turdan sonra 9-cu pilləyə yuvarlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ