SON DƏQİQƏ
» » Daha bir klubun baş məşqçisini istefaya göndərdi

Daha bir klubun baş məşqçisini istefaya göndərdi

Tarix:

29-10-2018, 11:40

/ 10 325 dəfə oxundu.
Daha bir klubun baş məşqçisini istefaya göndərdi

"Keşlə" futbol komandasının baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib. 

Klubun mətbuat xidmətindən GunAz.az-a verilən məlumatına görə, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib. Bu qərar qəsəbə təmsilçisinin Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduğu oyundan sonra qəbul olunub. Komandada baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq, köməkçi-məşqçi Zaur İsmayılova tapşırılıb.  

Qeyd edək ki, Mladen Milinkoviç "Keşlə"yə iyulun 25-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda keçirdiyi 8 oyundan 5-də uduzub, 1-də qalib gəlib. İki matçda heç-heçə edən paytaxt təmsilçisi hazırda 5 xalla 7-ci pillədədir və son sıradakı “Zirə”ni 1 xal qabaqlayır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ