SON DƏQİQƏ
» » Həbib Nurməhəmmədovun atasından gözlənilməz addım

Həbib Nurməhəmmədovun atasından gözlənilməz addım

Tarix:

9-10-2018, 16:20

/ 10 424 dəfə oxundu.
Həbib Nurməhəmmədovun atasından gözlənilməz addım

UFC versiyası üzrə qarışıq döyüş növlərində dünya çempionu Həbib Nurməhəmmədov dünən axşam saatlarında ABŞ-dan Dağıstana dönüb.

GunAz.az milli.az -a istinadən bildirir ki, O, Nevada ştatındakı Las-Veqas şəhərində titulunu qorumaq üçün irlandiyalı Konor MakQreqorla döyüşüb, 4-cü raundda rəqibə qalib gəlib.

Dağıstanın hakimiyyət dairələri və döyüşçünün atası, habelə baş məşqçisi Əbdülmanap Nurməhəmmədov fanatlara müraciət edərək hava limanına toplaşmamağı xahiş etmişdilər.

Həbibin fanatları Kaspiysk şəhərindəki stadiona dəvət olunmuşdular.

"Anji-Arena" stadionunun tribunalarına 15 min nəfər yığışmışdı.

Həbib stadion quraşdırılmış tribunaya Dağıstanın idman naziri Maqomed Maqomedov və atası Əbdülmanapın müşayiəti ilə çıxıb.

Las-Veqasdakı döyüşdən sonrakı davaya görə oğlunu cəzalandıracağını vurğulayan Ə.Nurməhəmmədov deyib: "Həbibin oktaqondan sıçrayıb tamaşaçıların arasına atılmasına bəraət yoxdur. İntizam ilk yerdə olmalıdır. Onun dərsini verəcəyəm".

Həbib çempion kəmərini göstərəndə trinubalarda alqışlar səngiməyib. Fanatlar o qədər vəcdə gəliblər ki, polis səfini keçərək səhnəyə tərəf qaçmağa başlayıblar.

Əbdülmanap Nurməhəmmədov fanatlara üz tutaraq deyib: "Qayıdın! Allah xətrinə, qayıdın tribunalara!"

Stadionda 40 dəqiqə qalan H.Nurməhəmmədov deyib: "Hər gün Allaha dua edir, yalvarır zədələnməməyimi, hər şeyin baş tutmasını diləyirdim. O axmağın dərsini vermək, xalqımla onun xalqının arasındakı fərqi göstərmək istəyirdim. Bizi heç nə sındıra bilməz. Xalqımızın möhtəşəm tarixi var".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ