SON DƏQİQƏ
» » Xorvatiyadan gözlənilməz nəticə-BİABIRÇILIQ

Xorvatiyadan gözlənilməz nəticə-BİABIRÇILIQ

Tarix:

12-09-2018, 08:30

/ 10 316 dəfə oxundu.
Xorvatiyadan gözlənilməz nəticə-BİABIRÇILIQ

Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilib.

GunAz.az xəbər verir ki, ikinci turun oyunları da üç gün ərzində baş tutub.

İlk oyun günündə 8 qarşılaşma keçirilib. Günün ən diqqətçəkən görüşü A Liqası çərçivəsində Fransa və Hollandiya yığmaları arasında keçirilib. Son dünya çempionu olan fransızlar bu görüşdən qalib ayrılıblar.

Azərbaycan millisi də turnirdə ikinci oyununa çıxıb. Komandamız səfərdə Malta ilə qarşılaşıb və bu dəfə də heç-heçə ilə kifayətlənib.

Maraqla gözlənilən oyunlardan biri Türkiyə millisi ilə İsveç arasında olub. Beş qolun qeydə alındığı bu oyunda Türkiyə inanılmaz əzmkarlıq nümayiş etdirməklə fantastik qələbəyə imza atıb.
Portuqaliya - İtaliya qarşılaşması da azarkeşlərin maraqla gözlədiyi görüşlərdən biri idi. İlk turda 1 xalla kifayətlənən italyanlar bu oyunda da məğlubiyyətlə üzləşiblər.

Bu gün 2-ci tur çərçivəsində son oyunlar keçirilib. Son dünya çempionatındakı uğurlu çıxışı ilə rəğbət qazanan Xorvatiya millisi İspaniyanın qonağı olub. İspanlar darmadağınla qələbə qazanıblar.

İslandiya - Belçika qarşılaşması da yetərincə maraq doğuran oyunlardan biri idi. Bu görüşdə də belçikalılar inamlı qələbə qazanıblar.

Millətlər Liqası

A Liqası

1-ci qrup

9 sentyabr

Fransa - Hollandiya 2:1

Qol: Mbappe, 14. Jiru, 75 - Babel, 67.

2-ci qrup

11 sentyabr

İslandiya - Belçika 0:3

Qol: Azar, 29-pen. Lukaku, 31; 81.

3-cü qrup

10 sentyabr

Portuqaliya - İtaliya 1:0

Qol: A.Silva, 48.

4-cü qrup

11 sentyabr

İspaniya - Xorvatiya 6:0

Qol: Saul, 24. Asensio, 33. Kaliniç, 35-öz qapısına. Rodriqo, 50. Ramos, 57. İsko, 70.

B Liqası

1-ci qrup

9 sentyabr

Ukrayna - Slovakiya 1:0

Qol: Yarmolenko, 80-pen.

2-ci qrup

10 sentyabr

İsveç - Türkiyə 2:3

Qol: Telin, 35. Klaesson, 49 - H.Çalhanoğlu, 51. E.Akbaba, 88; 90.

3-cü qrup

11 sentyabr

Bosniya və Hersoqovina - Avstriya 1:0

Qol: Dzeko, 78.

4-cü qrup

9 sentyabr

Danimarka - Uels 2:0

Qol: Eriksen, 32; 63-pen.

C Liqası

1-ci qrup

10 sentyabr

Şotlandiya - Albaniya 2:0

Qol: Cimşiti, 47-öz qapısına. Neysmit, 68.

2-ci qrup

11 sentyabr

Finlandiya - Estoniya 1:0

Qol: Pukki, 12.

Macarıstan - Yunanıstan 2:1

Qol: Sallai, 21. Klaynhaysler, 43 - Manolas, 18.

3-cü qrup

9 sentyabr

Bolqarıstan - Norveç 1:0

Qol: Vasilyev, 58.

Kipr - Sloveniya 2:1

Qol: Sotiriu, 69. Stoyanoviç, 88-öz qapısına - Beriç, 54.

4-cü qrup

10 sentyabr

Monteneqro - Litva 2:0

Qol: Saviç, 34. Yankoviç, 35.

Serbiya - Rumıniya 2:2

Qol: Mitroviç, 26; 63 - Stanku, 48-pen. Tukudan, 68.

D Liqası

1-ci qrup

9 sentyabr

Gürcüstan - Latviya 1:0

Qol: Okriaşvili, 77-pen.

10 sentyabr

Andorra - Qazaxıstan 1:1

Qol: Alaez, 86 - Loqvinenko, 68.

2-ci qrup

11 sentyabr

Moldova - Belarus 0:0

San Marino - Lüksemburq 0:3

Qol: Şanot, 9. Yoahim, 45. Sinani, 52.

3-cü qrup

10 sentyabr

Kosovo - Farer adaları 2:0

Qol: Zeneli, 50. Nuhiu, 54.

Malta - Azərbaycan 1:1

Qol: Aqius, 10-pen - T.Xəlilzadə, 26.

4-cü qrup

9 sentyabr

Makedoniya - Ermənistan 2:0

Qol: Alioski, 13-pen. Pandev, 59.

Lixtenşteyn - Cəbəllütariq 2:0

Qol: Salanoviç, 32. Vizer, 72.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ