SON DƏQİQƏ
» » "Qarabağ"dan getsə də, Ağdamın işğalını unutmadı - Foto

"Qarabağ"dan getsə də, Ağdamın işğalını unutmadı - Foto

Tarix:

23-07-2018, 21:58

/ 10 323 dəfə oxundu.
"Qarabağ"dan getsə də, Ağdamın işğalını unutmadı - Foto

Mövsümün sonunda "Qarabağ"dan ayrılan İbrahim Şehiç növbəti dəfə nümunəvi addımı ilə diqqət çəkib. 

GunAz.az Qol.az-a istinadən xəbər verir ki, hələ Ağdam təmsilçisində çıxış etdiyi vaxtlarda Qarabağ məsələsinə biganə qalmayan Bosniya və herseqovinalı qolkiper yenə ənənəsinə sadiq qalıb. Ağdamın ermənilər tərəfindən işğal olunduğu günü (23 iyul) unutmayan Şehiç bu gün şəxsi "Feysbuk" hesabında bununla bağlı foto paylaşıb. Şəklin üzərində "23 iyul, Ağdamsız 25 il" sözləri yazılıb. Bundan başqa, rayonun işğalı zamanı doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin və hadisələr vaxtı ölən insanların sayı qeyd olunub.

 

Xatırladaq ki, Şehiç “Qarabağ”ı tərk etməzdən bir qədər əvvəl komandanın bir neçə üzvü ilə birlikdə ön cəbhəyə səfər etmiş və Ağdmda yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüşmüşdü.

 

"Qarabağ"dan getsə də, Ağdamın işğalını unutmadı - Foto

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ