SON DƏQİQƏ

Bu gün dünya çempionu bəlli olacaq

Tarix:

15-07-2018, 09:20

/ 10 377 dəfə oxundu.
Bu gün dünya çempionu bəlli olacaq

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulacaq.

GunAz.az xəbər verir ki, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gələcək. Bu, Xorvatiyanın tarixində ilk finaldısa, fransızlar 20 və 12 il əvvəl bu həyəcanı yaşayıblar.

Hər iki komanda dünya çempionatları tarixində ən yaxşı nəticəsini Fransada keçirilən yarışda qazanıb. Ev sahibi Fransa DÇ-1998-in qalibi olduğu halda, Xorvatiya həmin mundialda bürünc medal qazanıb. O zaman bu 2 komandanın yarımfinaldakı mübarizəsndən Fransa qalib ayrılmışdı - 2:1.

DÇ-2018

Final

15 iyul

19:00. Fransa - Xorvatiya
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)
Moskva, "Lujniki" stadionu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ