SON DƏQİQƏ

Misir yığması Salahla bağlı məlumat yaydı

Tarix:

25-06-2018, 10:51

/ 10 316 dəfə oxundu.
Misir yığması Salahla bağlı məlumat yaydı

Misir yığmasının hücumçusu Məhəmməd Salah adi rejimdə məşq edir və komandadan getməsi ilə bağlı heç bir açıqlama verməyib. 

GunAz.az xəbər verir ki, bununla bağlı RT telekanalına komandanın informasiya şöbəsinin sədri Usama İsmayıl məlumat verib. 

“Belə bir şey yoxdur. Salah təlim bazasındadır və öz komanda yoldaşları ilə məşq edir. O, bütün oyunlarda iştirak edib və bununla bağlı heç bir açıqlama verməyib. 

Bilmirəm ki, CNN bu informasiyanı haradan əldə edib”, - o deyib. 

Qeyd edək ki, CNN telekanalı Salahın Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşdən sonra Misir yığmasını tərk edəcəyini yazmışdı.(Oxu.az) 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ