SON DƏQİQƏ
» » DÇ-2018: 1-ci turun son oyunları, Salah meydanda olacaq

DÇ-2018: 1-ci turun son oyunları, Salah meydanda olacaq

Tarix:

19-06-2018, 11:38

/ 10 331 dəfə oxundu.
DÇ-2018: 1-ci turun son oyunları, Salah meydanda olacaq

Rusiyadakı dünya çempionatı davam edir.

Gunaz.az xəbər verir ki, bu gün daha 3 görüş keçiriləcək. Bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.

H qrupunda Kolumbiya Yaponiya ilə, Polşa isə Seneqalla qarşılaşacaq,

Günün son duelində isə 2-ci turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidi. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.

DÇ-2018. 1-ci tur

19 iyun

H qrupu

16:00. Kolumbiya – Yaponiya

Hakimlər: Damir Skomina, Yure Paprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şarif (Əlcəzair)

Saranks, “Mordoviya Arena”

19:00. Polşa – Seneqal

Hakimlər: Navaf Şükrülla, Yasir Tulefat (hər ikisi Bəhreyn), Tolib əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, “Spartak” stadionu

A qrupu

22:00. Rusiya – Misir

Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, Şəhər stadionu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ