SON DƏQİQƏ
» » Qarabağ ilk görüşdə heç-heçə ilə barışdı

Qarabağ ilk görüşdə heç-heçə ilə barışdı

Tarix:

24-06-2018, 08:26

/ 10 338 dəfə oxundu.
Qarabağ ilk görüşdə heç-heçə ilə barışdı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama matçına çıxıb.

Gunaz.az xəbər verir ki, rəqib Bolqarıstan "Ludoqorets"i olub. Kössen qəsəbəsində keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 36-cı dəqiqədə Qara Qarayevin mərkəzdə yol verdiyi kobud səhvdən sonra "Ludoqorets"in futbolçusu Yakub Svierçok açıb. 53-cü dəqiqədə isə Dani Kintana bərabərlik qolunu vurub.

Qarşılaşmanın 68-ci dəqiqəsində qolkiperimiz Şahruddin Məhəmmədəliyev rəqibin penalti zərbəsini dəf edib. Bununla da "Qarabağ" Avstriya toplanışına heç-heçə ilə başlayıb.

Qeyd edək ki, "Luqoqorets" son 7 mövsümdə Bolqarıstan çempionu olub. Ötən il "Ludoqorets" yay toplanışı zamanı "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu

19:30. "Qarabağ" - "Ludoqorets" 1:1

Qollar: Dani Kintana, 53 - Yakub Şvierçok, 36.

Mərkəzdə Qara Qarayevin kobud səhvindən sonra topu ələ keçirən Yakub Şvierçok təkbətəkdən hesabı açıb.

"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Gerrye, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 99. Dani Kintana, 11. Mahir Mədətov

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ