SON DƏQİQƏ
» » Ronaldo Neymarın “Real”a transfer olmasından danışdı

Ronaldo Neymarın “Real”a transfer olmasından danışdı

Tarix:

24-05-2018, 17:51

/ 10 472 dəfə oxundu.
Ronaldo Neymarın “Real”a transfer olmasından danışdı

Braziliyalı futbolçu Neymarın “Real Madrid”-ə transfer olunacağı barədə iddialar aylardır davam edir.

Hətta Neymarın Madrid komandasına bir neçə ağır şərtlə gələcəyi yazılırdı. Bu şərtlərdən biri Ronaldonun da klubdan uzaqlaşmasıdır. Portuqaliyalı ulduz futbolçuya ciddi rəqib olan Neymarın transfer xəbərlərindən sonra hər kəs Ronaldonun nə fikirlərini öyrənmək istəyir.

Gunaz.az xarici KİV-ə istinadən məlumat verir ki, Ronaldo ilk dəfə bu mövzuda danışıb. “Real”-ın ulduzu bu qəbildən transfer xəbərlərinin tez-tez yayıldığını deyib: “8 ildir ki, buradayam və hər il ən az 50 oyunçunun “Real Madrid”-ə transfer olacağı barədə danışılar, amma sonda heç biri gəlməz”.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avroya “Barcelona”-dan “Paris Sen-Jermen”-ə keçib. Bu futbol tarixinin ən bahalı transferidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ