"Roma" azarkeşlərinin aqressiv hərəkətləri səngimir. Çempionlar Liqasının yarımfinalının Liverpulda keçirilən ilk oyununda "Roma" azarkeşləri 53 yaşlı "Liverpul" fanatına ağır xəsarət yetiriblər. İnsidentə görə iki nəfər həbs olunub.
Gunaz.az komanda.az-a istinadən xəbər verir ki, cavab qarşılaşması üçün İtaliyaya gələn "Liverpul" azarkeşlərinə yenə də hücum olub. İki fanat - Karl Consonla Piter Saunderson Romada hücuma məruz qalıblar.
Onlar otelə qayıdarkən naməlum şəxslər armaturla onlara hücum ediblər. Karl xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.