SON DƏQİQƏ

Qarabağ mövqeyini dəyişmədi

Tarix:

13-04-2018, 18:30

/ 10 307 dəfə oxundu.
Qarabağ mövqeyini dəyişmədi

UEFA Avroliqanın 1/4 final mərhələsinin oyunlarından sonra növbəti klub reytinqini açıqlayıb. Siyahıda 7 Azərbaycan təmsilçisi də var. Ən yaxşı nəticə Qarabağ-a məxsusdur. Ağdam təmsilçisi 20.500 xalla əvvəlki kimi 73-cü pillədə qərarlaşıb.

442 komandanın yer aldığı siyahıya "Real" (İspaniya) başçılıq edir. Madrid təmsilçisinin hesabında 156.000 xal var. "Kral klubu"nun ən yaxın izləyiciləri "Bayern Münhen" (Almaniya) və Madrid "Atletiko"sudur. Münhen təmsilçisi və "hindular" ötən reytinq cədvəli ilə müqayisədə yerlərini dəyişiblər. Goal.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ