SON DƏQİQƏ

"Fənərbağça" Soldado ilə razılığa gəldi

Tarix:

10-08-2017, 01:14

/ 2 827 dəfə oxundu.
"Fənərbağça" Soldado ilə razılığa gəldi

Türkiyənin "Fənərbağça" klubu son iki mövsümdə İspaniya təmsilçisi "Villarreal"ın formasını geyinən Roberto Soldado ilə razılıq əldə edib.

Goal.az-a istinadən xəbər verilir ki, 32 yaşlı mərkəz hücumçusunun müqavilə bağlamaq üçün bu gün və ya sabah İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, İspaniya yığmasının heyətində 12 oyun keçirib, 7 qola imza atan Roberto Soldado "Real Madrid"in yetirməsidir. O, karyerası ərzində ölkəsində "Osasuna", "Hetafe" və "Valensiya"nın, İngiltərədə isə "Tottenhem"in şərəfini qoruyub.

 

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ