Türkiyənin İstanbul şəhərində Dünya Çempionlar King
Boks Gecəsi keçirilib. Final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı
Sinan Ulutürk Azərbaycan xalq mahnısı "Sarı gəlin”-in sədaları altında Azərbaycan
bayrağı ilə "Qarabağ Azərbaycanındır” şüarı və Beynəlxalq Diaspor Mərkəzinin
(BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxıb. Qeyd edək ki, dünya çempionu
olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. O, keçirilən yarışda yüksək
nəaliyyət qazanaraq ulduzlar kubokunun qalibi olub. Yarışa dəstək verən BDM sədri
dr. İsmayıl Ağayev də gecədə iştirak edib. Mükafatlandırma mərasimində İ.
Ağayev Sinan Ulutürkə hədiyyələr təqdim edərək çıxış edib. Möhtəşəm idman
yarışında dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli
idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edib.
Gecədə BDM-in ortaq əməkdaşlıq etdiyi Türkiyənin
Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİM-DER) və İstanbul Sənayeçi
və Yatırımçı İşadamları Dərnəyi də yaxından iştirak edərək S. Ulutürkə dəstək
verib.
Ulduzlar kubokunun mükafatçısı Sinan Ulutürk rəqibinə
qalib gəldikdən sonra "Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq!” şüarını səsləndirib.
Möhtəşəm gecədən video və fotoları təqdim edirik.
Gunaz.az