SON DƏQİQƏ
» » Bu gün gümüş və bürünc mükafatçılar müəyyənləşə bilər

Bu gün gümüş və bürünc mükafatçılar müəyyənləşə bilər

Tarix:

24-04-2017, 08:00

/ 4 180 dəfə oxundu.
Bu gün  gümüş və bürünc mükafatçılar müəyyənləşə bilər

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçıları müəyyənləşə bilər.
 Bunun üçün XXVII turun son qarşılaşması olan "Qəbələ" - "İnter" görüşündə münasib hesab qeydə alınmalıdır.
Qəbələdə keçiriləcək matçda meydan sahibləri 1:3-dən başlayaraq, 2 top fərqi ilə uduzmasa, gümüş, qonaqlara isə bürünc medalları təmin etmiş olacaq və oyunun yekununda mükafatlandırma mərasimi baş tutacaq.
Qeyd edək ki, XXVII turun ilk oyun günündə "Qarabağ"la "Qəbələ" müvafiq olaraq, "Sumqayıt" və AZAL-ı 2:1 hesabı ilə məğlub ediblər. "Zirə" - "Neftçi" görüşündə isə heç-heçə qeydə alınsa da (2:2), qonaqlar legioner limitini pozduqları üçün texniki məğlubiyyətlə üzləşəcəklər. Bununla bağlı aprelin 25-də AFFA-nın İntizam Komitəsi qərar çıxaracaq.
24 aprel (bazar ertəsi)
14:30. "Qəbələ” – "İnter”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
İlk üç dövrə - 0:0, 1:1, 2:0

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər