SON DƏQİQƏ
» » FHN-in klubu respublika çempionatında uğurla çıxış edib

FHN-in klubu respublika çempionatında uğurla çıxış edib

Tarix:

22-04-2017, 11:16

/ 2 970 dəfə oxundu.
FHN-in  klubu respublika çempionatında uğurla çıxış edib

Sumqayit Olimpiya Kompleksində Kempo üzrə VII Respublika çempionati keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubundan  verilən məlumata görə, çempionatda 12 komandadan 200-ə yaxın idmançı iştirak edib.
FHN-in İdman-sağlamlıq klubunu təmsil edən 80 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Sadıqzadə II yerə, 100 kq çəki dərəcəsində yarışa qatılan Emil Hüseynli III yerə layiq görülüb.
FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev qalib gələn idmancıları qəbul edərək təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İdmançıların məşqçi müəllimi İdman-sağlamlıq klubunun əməkdaşı Rasim Babayevdir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ