SON DƏQİQƏ

Reynaldo Türkiyə klubuna gedir

Tarix:

25-01-2017, 22:00

/ 4 842 dəfə oxundu.
Reynaldo Türkiyə klubuna gedir

"Qarabağ"ın futbolçusu Reynaldonun Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir.
Gunaz.az newsport.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu sabah "Adanaspor"la rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcək.
Məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib: "Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ