SON DƏQİQƏ
» » Bərdədə yanan bazar söndürülüb - VİDEO - YENİLƏNİB-2

Bərdədə yanan bazar söndürülüb - VİDEO - YENİLƏNİB-2

Tarix:

26-05-2021, 10:05

/ 3 146 dəfə oxundu.
Bərdədə yanan bazar söndürülüb - VİDEO - YENİLƏNİB-2

Bərdə bazarında baş verən genişmiqyaslı yanğın artıq söndürülüb.

"Report”un Qarabağ bürosu xəbər verir ki, hazırda yanğınsöndürənlər mağazalarda olan kiçik ocaqların söndürülməsinə çalışırlar.

09:26

Video əlavə olunub

07:16

Bərdədə güclü yanğın başlayıb.

"Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ