SON DƏQİQƏ

Dünyanın ən böyük dovşanını OĞURLADILAR

Tarix:

14-04-2021, 14:52

/ 4 094 dəfə oxundu.
Dünyanın ən böyük dovşanını OĞURLADILAR

İngiltərənin Vusterşir şəhərinində yaşayan Annetta Edvarda məxsus dovşan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

GünAz.az xəbər verir ki, uzunluğu təxminən 130 santimetr olan dovşan 2012-ci ildə "dünyanın ən böyük dovşanı” kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Dovşanın 10-11 aprel tarixlərində oğurlandığı deyilib.

Annetta sosial şəbəkə hesabında Darius adlı dovşanı gətirənlərə 1000 funt verəcəyini açıqlayıb.
Polis məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ