SON DƏQİQƏ
» » Güclü külək Ağsuda fəsadlar törətdi - FOTO

Güclü külək Ağsuda fəsadlar törətdi - FOTO

Tarix:

18-03-2021, 22:56

/ 1 557 dəfə oxundu.
Güclü külək Ağsuda fəsadlar törətdi - FOTO

Martın 18-də günorta saatlarından başlayaraq əsən güclü külək Ağsu rayonunda bir sıra fəsadlar törədib.

GunAz.az xəbər verir ki, külək şəhərdə Heydər Əliyev prospektində bir iri ağacı aşırıb. Ağacın böyük bir qolu səki üzərinə, digər qolu isə vətəndaşa məxsus çardağın üstünə düşüb. Saat 16:10 radələrində şəhərin bir hissəsinə, habelə Cəfərli xətti üzərindəki 30 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Çaparlı, Daşdəmirbəyli və bir sıra digər kəndlərdə elektrik naqilləri qırılıb, bəzi evlərin dam örtüyünə, talvara ciddi ziyan dəyib.

 

Güclü külək Ağsuda fəsadlar törətdi - FOTO

 

Güclü külək Ağsuda fəsadlar törətdi - FOTO

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ