SON DƏQİQƏ

Fransanın bir neçə əsgəri həlak olub

Tarix:

29-12-2020, 08:56

/ 5 797 dəfə oxundu.
Fransanın bir neçə əsgəri həlak olub

Malidə "Barkhan” əməliyyatı çərçivəsində xidmət aparan Fransa ordusunun bir neçə əsgəri minalanmış avtomobilin partladılması nəticəsində həlak olub.

GunAz.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Hombori regionu ərazisində baş verib. Fransız hərbçilərin olduğu avtomobilə qoyulan partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 əsgər ölüb. Fransanın Müdafiə Nazirliyi hadisənin ötən gün səhər saatlarına baş verdiyini bildirib.

Fransa prezidenti Emmanuel Makron əsgər ailələrinin dərdinə şərik olduğunu bildirərək, həlak olanların yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Fransa "Barkhan” əməliyyatına 2014-cü ildə başlayıb. Rəsmi Paris əməliyyat çərçivəsində Mavritaniya, Mali, Burkino Faso, Nigerə və Çada 5 100 hərbçi göndərib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ