SON DƏQİQƏ
» » Suriyada ölən türk hərbçilərin sayı artıb: 5 ölü, 10 yaralı

Suriyada ölən türk hərbçilərin sayı artıb: 5 ölü, 10 yaralı

Tarix:

9-02-2017, 16:52

/ 3 275 dəfə oxundu.
Suriyada ölən türk hərbçilərin sayı artıb: 5 ölü, 10 yaralı

Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində bu gün həlak olan türk hərbçilərin sayı artıb.
Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasının üzvləri ilə atışma nəticəsində ölən türk hərbçilərin sayı 5-ə yüksəlib, 10-u xəsarət alıb.
Qeyd edək ki, ötən gün də Suriyada 5 Türkiyə hərbçisi həlak olmuşdu. Ümumiyyətlə, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 66 hərbçisini itirib.

***

13:13
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi ölüb.
Bölgənin İŞİD terror qruplaşmasından azad edilməsi üçün artıq iki gündür qızğın döyüşlər gedir.
Ötən gün döyüşlərdə 5 türk hərbçi həlak olmuşdu.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 62 hərbçisini itirib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ