SON DƏQİQƏ
» » Əfqanıstanda terror aktı törədilib, dinc sakinlər həlak olub

Əfqanıstanda terror aktı törədilib, dinc sakinlər həlak olub

Tarix:

18-10-2020, 08:24

/ 2 787 dəfə oxundu.
Əfqanıstanda terror aktı törədilib, dinc sakinlər həlak olub

Əfqanıstanın qərbindəki Qor əyalətində terror aktı törədilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi bildirib.

Qeyd edilir ki, terror aktı nəticəsində altı dinc sakin həlak olub. Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Tarık Aren jurnalistlərə bildirib ki, partlayıcı qurğu Pallal rayonunda nəqliyyat vasitələrinin hərəkət etdiyi yol kənarında qoyulub.

Aren terror aktının törədilməsinə görə "Taliban" hərəkatını ittiham edib.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ