SON DƏQİQƏ
» » Ağsunun dağlıq ərazisində yanğın - Son məlumat

Ağsunun dağlıq ərazisində yanğın - Son məlumat

Tarix:

21-08-2020, 23:03

/ 1 399 dəfə oxundu.
Ağsunun dağlıq ərazisində yanğın - Son məlumat

Ağsu rayonunda Ləngəbiz sıra dağlarının Ləngəbiz kəndi ərazisində yanğın baş verib.

GunAz.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Ləngəbiz kəndinin Şamaxı rayonunun Dağ Bağırlı kəndi ilə sərhəd ərazisindəki kol-kos sahəsində baş verib və qısa vaxtda təxminən 7 hektaradək əraziyə yayılıb.

Yanğının söndürülməsi üçün FHN-nin Ağsu Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və 30 nəfərdən çox canlı qüvvə cəlb olunub. Köməyə Şamaxı Yanğından Mühafizə Hissəsindən 1 yanğınsöndürən maşın və 8 nəfər canlı qüvvə gəlib. Hazırda yanğınla mübarizə davam edir. Havanın küləkli olması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib.

***

Ağsu rayonunun Ləngəbiz kəndi yaxınlığında dağlıq ərazidə 10 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, digər ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ