SON DƏQİQƏ

Göyçayda bədbəxt hadisə- Ölən var

Tarix:

2-05-2020, 20:11

/ 1 952 dəfə oxundu.
Göyçayda bədbəxt hadisə- Ölən var

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ