SON DƏQİQƏ

Dəm qazı daha bir can aldı

Tarix:

22-04-2020, 11:24

/ 1 928 dəfə oxundu.
Dəm qazı daha bir can aldı

Bakıda dəm qazı daha bir faciəyə səbəb olub.
Hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Moskva prospekti ev 62, mənzil 19-da yaşayan 1957-ci il təvəllüdlü Şəhla Həsənova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Ş.Həsənova Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsində çalışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ