SON DƏQİQƏ

Məşhur azərbaycanlı Xalq artisti VƏFAT ETDİ

Tarix:

16-03-2020, 16:10

/ 2 105 dəfə oxundu.
Məşhur azərbaycanlı Xalq artisti VƏFAT ETDİ

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.
Bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib.
"Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”, - o deyib.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.
Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
1976-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışırdı.
Allah rəhmət eləsin

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ