SON DƏQİQƏ
» » Lombarda qızıl qoyan müştərilər problemlə üzləşib - TƏFƏRRÜAT - VİDEO

Lombarda qızıl qoyan müştərilər problemlə üzləşib - TƏFƏRRÜAT - VİDEO

Tarix:

31-01-2020, 20:45

/ 1 881 dəfə oxundu.
Lombarda qızıl qoyan müştərilər problemlə üzləşib - TƏFƏRRÜAT - VİDEO

Gəncə şəhərində qızıllarını girov qoyub kredit alan müştərilər problemlə üzləşiblər. Onlar geri ödənmiş kreditin girovu olan qızılı almaq istəyəndə ortaya problem çıxıb.

 

GunAz.az-ın məlumatına görə, müştərilər qızlları verdikləri lombard gözlənilmədən bağlanıb.

 

Artıq ay yarımdır ki, müştərilər ofisi bağlanmış "Gold Kredit 10" MMC-nin heç bir rəsmisi ilə əlaqə yarada bilmirlər. Lombardın müdiri olduğu deyilən Kazım Məmmədov adlı şəxs və onun Zaur adlı qohumunun telefon nömrələrinə də zəng çatmır.

 

Lombardın fəaliyyəti nəticəsində zərərə uğramış şəxslərin sayı çoxdur. Onlara vurulmuş ziyanın məbləği fərqli olsa da hamısının məqsədi qızıllarını geri almaqdır.

 

Müştərilər məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına da müraciət ediblər.

 

GunAz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/qEi6mLZTllk

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ