SON DƏQİQƏ
» » NƏRMİNİN QATİLİ OLDUĞU DEYİLƏN ŞƏXS DANIŞDI

NƏRMİNİN QATİLİ OLDUĞU DEYİLƏN ŞƏXS DANIŞDI

Tarix:

10-01-2020, 12:41

/ 3 243 dəfə oxundu.
NƏRMİNİN QATİLİ OLDUĞU DEYİLƏN ŞƏXS DANIŞDI

Nərminin qatili olduğu deyilən İlkin qohumu deyil, yaxınlıqda yaşayan İlkin adlı şəxsdir.

GunAz.az xəbər verir ki, bu sözləri açıqlamasında Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev deyib. O bildirib ki, hazırda İlkindən izahat alınır:

“Onun qatil olması haqda bizdə məlumat yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Teleqraf.com-a açıqlamasında Nərmin Quliyevanın qatilinin saxlanılması haqda yayılan məlumatların doğru olmadığını deyib. 

Qeyd edək ki, mətbuatda Nərmin Quliyevanın qatilinin onun qohumu – 36 yaşlı İlkin adlı şəxs olması və saxlanılması barədə məlumat yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ