SON DƏQİQƏ
» » Zakir Qaralov: Nərminin öldürülməsi ilə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətindədir

Zakir Qaralov: Nərminin öldürülməsi ilə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətindədir

Tarix:

9-01-2020, 17:56

/ 1 817 dəfə oxundu.
Zakir Qaralov: Nərminin öldürülməsi ilə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətindədir

Baş prokuror Zakir Qaralov Tovuzdakı azyaşlı Nərmin Quliyevanın öldürülməsindən danışıb. 

GunAz.az-ın məlumatına görə, Zakir Qaralov yanvarın 9-da keçirlən əməliyyat müşavirəsində deyib ki, məsələ dövlət başçısının xüsusi nəzarətindədir:

“İctimaiyyəti narahat edən Tovuz rayonunun  Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib”.

скачать dle 12.1

Şərhlər