SON DƏQİQƏ
» » Tovuzda içərisində bir ailənin üzvləri olan UAZ dərəyə aşdı

Tovuzda içərisində bir ailənin üzvləri olan UAZ dərəyə aşdı

Tarix:

30-12-2019, 23:53

/ 2 730 dəfə oxundu.
Tovuzda içərisində bir ailənin üzvləri olan UAZ dərəyə aşdı

Tovuz rayonunda avtomobil dərəyə aşıb.

GunAz.az xəbər verir ki, hadisə rayonun Kirən kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan UAZ markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Tovuz rayon sakinləri - 1972-ci il təvəllüdlü Aynur Cavanşır qızı İmamverdiyeva, 1973-cü il təvəllüdlü Azad Bayram oğlu İmamverdiyev, 1982-ci il təvəllüdlü Gülanə Azad qızı İmamverdiyeva, 1982-ci il təvəllüdlü Gülxoş Eldar qızı Yusibova, 1980-ci il təvəllüdlü Lalə Əhməd qızı İmamverdiyeva, 2001-ci il təvəllüdlü Azər Qısmət oğlu İmamverdiyev və 1973-cü il təvəllüdlü Azər Bayram oğlu İmamverdiyevdir. Qəzada daha bir nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. /Report

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ